“Facebook” “TikTok”un rəqibi kimi yaratdığı xidməti bağlayır

“Facebook” şirkəti “TikTok”un rəqibi kimi yaratdığı “Lasso” xidmətini 2020-ci il 10 iyul tarixindən etibarən bağlayacaq.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Xatırladaq ki, bu xidmət 2018-ci ilin noyabr ayında işə başlamışdır. Tətbiqdə 15 saniyəlik videolar yaratmaq və müxtəlif alətlərdən istifadə etməklə (məsələn, slow mo rejimi) redaktə edib paylaşmaq mümkün idi.
2020-ci ilin fevral ayında “Lasso” ABŞ, Argentina, Meksika, Kosta-Rika, Ekvador və digər şirkətlərdə əlçatan olmuşdur.
Qeyd edək ki, “Lasso”nun yaradılmasında əsas məqsəd “TikTok”a rəqib çıxmaq olsa da, bu plan baş tutmamışdır. Müqayisə üçün “TikTok” 1 milyard, “Lasso” isə cəmi 5 milyon dəfə yüklənib.
Tətbiqi bağlamaq qərarı “Instagram”da yeni “Reels” xidmətinin istifadəyə verilməsi ilə bağlıdır. Hal-hazırda “Reels” Braziliya, Almaniya və Fransada əlçatandır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları