Azərbaycanda cari ilin 1 aprel 2020-ci il tarixinə olan əhaliyə təyin olunmuş sosial müavinətlər və kompensasiyalar sayı 416 948 nəfər (illik müqayisədə 2,3% azalma) təşkil edib.
Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat tarixinə əsasən, yaşa görə müavinət alanlar 94 018 nəfər, əlilliyə görə 183 845 nəfər, ailə başçısını itirdiyinə görə 48 509 nəfər təşkil etmişdir.
Diqqət çəkən məqam – ötən illə müqayisədə yaşa görə müavinət alanlar sayı 55,44%, yəni, 33 533 artmış, əlilliyə görə alanların sayı isə 8,53%, yəni, 14 460 azalmşıdır.
Adambaşın aylıq məbləğ yaşa görə 130 manat (2019:73 manat), əlilliyə görə isə 125,16 manat (60,76) olub.
Qeyd edək ki, son ildə saxta əlilliy statusu almanın qarşısını almaq üçün ölkdə bir sıra tədbirlər görülür.
2020-ci il aprelin 1-i vəziyyətinə əhaliyə təyin olunmuş sosial müavinətlər və kompensasiyalar
(Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən)
Sosial müavinət təyin olunmuş şəxslərin sayı, nəfər | Bir nəfərə düşən orta aylıq
məbləğ, manat |
|
Sosial müavinətlər – cəmi | 416948 | 118,50 |
o cümlədən: | ||
yaşa görə | 94018 | 130,00 |
əlilliyə görə | 183845 | 125,16 |
ailə başçısını itirməyə görə | 48509 | 80,00 |
sağlamlıq imkanları məhdud olan
18 yaşınadək uşaqlara |
61777 | 150,00 |
dövlət qulluqçularına | 39 | 62,90 |
kommunal, nəqliyyat və digər
xidmətlər üçün |
1506 | 12,00 |
özəlləşdirilən və idarəetməyə verilən
dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə |
753 | 54,33 |
əmək xəsarəti və ya peşə xəstəliyi
nəticəsində zərərçəkənlərə kompensasiya |
388 | 228,03 |
əhalinin bəzi kateqoriyalarından olan
uşaqlı ailələrə (uşaqların sayı) |
14595 | 15,85 |
1 yaşınadək uşağı olan aztəminatlı
ailələrə (uşaqların sayı) |
2218 | 55,00 |
beşdən çox uşağa görə (uşaqların sayı) | 9034 | 55,00 |
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına | 266 | 100,00 |
Birdəfəlik müavinətlər – cəmi (3 ay ərzində) | 26721 | x |
o cümlədən:
uşağın anadan olmasına görə: ailələrə |
20462 | x |
uşaqlara | 20784 | 184,50 |
radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə müalicə üçün | 3535 | 237,00 |
penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərə | 1362 | 994,65 |
dəfn üçün | 1040 |