“Azərsu” ASC “Bona Dea” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Azərsu” ASC-nin əməkdaşlarının COVİD-19 test analizlərinin aparılması xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin məbləği isə 415 min 950 manatdır.
Bildirək ki, “Bona Dea” MMC 2004-cü ildə Bakıda dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Fuad Əliyev adlı şəxsdir.