0 C
Baku
Monday, February 26, 2024

5-10 saniyəyə istənilən ödənişi təmin edəcək layihə yekunlaşır – Muğanbank test edir®

“2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bankın müvəkkil banklarla birgə üzərində çalışdığı “Ani Ödənişlər Sistemləri (AÖS)” layihəsi artıq son mərhələyə qədəm qoyub.

Marja-ya daxil olan məlumata əsasən layihə iştirakçılarından olan “Muğanbank” ASC artıq sistemin real rejimlərdə testinə başlayıb. Muğanbankdan əlavə daha iki bankn da hazırlıq işlərini yekunlaşdırdığı bildirilir.

Ümumilikdə, Ani Ödənişlər Sistemlərinə (AÖS) keçidin bankların rəqəmsallaşma istiqamətində apardığı siyasətə ciddi təkan verəcəyi gözlənilir. Belə ki, “Ani Ödənişlər Sistemləri (AÖS)” layihəsi biznes strukturları və dövlət orqanları arasında, eləcə də fiziki şəxslər tərəfindən ödənişlərin, köçürmələrin, qarşılıqlı ödəniş əməliyyatları üzrə hesablaşmaların 24*7*365 rejimində 5-10 saniyə ərzində tam başa çatdırılmasına imkan verəcək.

“Ani Ödənişlər Sistemləri (AÖS)” layihəsi uğurlu testindən sonra istehlakçıların xidmətinə veriləcək.

Son xəbərlər
Digər xəbərlər