2020-ci ilin yanvar-may aylarında Azərbaycandan 52 milyon 204 min dollar dəyərində 8 min 459 ton fındıq ixrac edilib.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
2019-cu ilin 5 ayı ərzində isə Azərbaycandan 62 milyon 715 min dollar dəyərində 11 min 512 ton fındıq ixrac edilib. Belə ki, illik müqayisədə fındığın ixracı dəyər ifadəsində 17%, miqdar ifadəsində 27% azalıb.