16 C
Baku
Sunday, May 26, 2024

5 ayda Naxçıvanda ÜDM istehsalı nə qədər olub?

Naxçıvan Muxtar Respublikasında 2022-ci ilin yanvar-may aylarında 1 mlrd. 50 mln. 572 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 1.8% çoxdur.

Banker.az bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Komitənin hesabatına əsasən, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.2% artaraq 2 267.1 manat olub.

Bildirilir ki, yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 2022-ci ilin yanvar-may aylarında 472 mln. 471 min100 manat dəyərində məhsul istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1.7% çoxdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər