Naxçıvanda arıçılıq sahəsində məhsuldarlığın artırılması üçün dövlət tərəfindən subsidiyalar, güzəştli kreditlər verililib.
Banker.az xəbər verir ki, cari ilin ikinci rübü ərzində arıçılıq təsərrüfatlarının yaradılması məqsədilə 5 layihənin maliyyələşdirilməsinə 69.000 manat həcmində vəsait sərf edilib.
Ümumilikdə, 2000-ci ildən ötən dövr ərzində fond tərəfindən arıçılığın inkişafı məqsədilə 155 layihənin maliyyələşdirilməsinə 1 milyon 375 min manat güzəştli kredit ayrılıb.








