Arıçılıq təsərrüfatının yaradılmasına ilk yarımilliydə 283 min manat kredit ayrılıb.
Banker.az xəbər verir ki, bu da bir il öncəki göstəricidən 8.7 faiz çoxdur.
Bu dövrdə 6 arıçılıq təsərrüfatı yaradılıb, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 6 arıçılıq təsərrüfatının yaradılması davam etdirilir.
Bundan başqa Cari ilin ilk yarım ilində kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 8 milyon 691 min 600 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 55.3 faiz çoxdur.