3 C
Baku
Saturday, December 14, 2024

5 marşrut xəttinin sahibi dəyişdi

Bakı-Şabran, Bakı-Siyəzən, Bakı-Oğuz, Bakı-Göyçay, Bakı-Kürdəmir avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyən edilib.

Banker.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, Bakı-Şabran marşrutu üzrə fiziki şəxs Şahbazov Fəxrəddin Şirəli oğlu, Bakı-Siyəzən marşrutunun 11:00 istiqaməti üzrə fiziki şəxs İsmayılov Xürrəm Həmid oğlu, 12:00 istiqaməti üzrə fiziki şəxs Məhərrəmov Zöhrab Ağagül oğlu, 13:00 istiqaməti üzrə fiziki şəxs Fətullayev Qurbanağa Yadulla oğlu, Bakı-Oğuz marşrutu üzrə fiziki şəxs Qəribov Hümbət Yaqub oğlu, Bakı-Göyçay maşrutu üzrə fiziki şəxs Məmmədova Şəhla Tofiq qızı, Bakı-Kürdəmir marşrutu üzrə fiziki şəxs Hacıyev Məhəmməd Əli oğlu komissiya üzvləri tərəfindən ən çox bal toplayaraq qalib elan olunublar.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunub.

Son xəbərlər
Digər xəbərlər