Sənaye zonalarında indiyədək 5 milyard manatdan çox məhsul istehsal edilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
O qeyd edib ki, bunun 1,4 mlrd. manatlıq hissəsi və ya təxminən 28%-i ixrac olunub. 2021-ci ilin 9 ayında isə, sənaye zonalarında məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,4% artaraq 1,5 milyard manatdan çox, ixrac isə 2 dəfə artımla 545 mln. manat təşkil edib. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 14,3%, ixracında 25,9% olub.