1. İnam haqqında
Bir dəfə bütün kənd mehribanlıqla yağış yağması üçün dua etməyə qərar verir. Təyin edilmiş gündə hamı mərkəzi meydana çıxır, amma yalnız bir balaca oğlan uşağı özü ilə birlikdə çətir götürür. Məhz bu, elə İnamdır.
2. Etibar haqqında
Körpə ilə oynayarkən, siz onu havaya atıb tutursunuz, o yuxarı atılansa sevinclə gülümsəyir, çünki bilir ki, siz onu tutacaqsınız. Məhz bu Etibardır.
3. Ümid haqqında
Hər gün biz yatmağa uzanırıq, sabah yenidən ayılacağımıza zəmanət verən heç bir amil yoxdur, amma buna baxmayaraq biz yenə də dönə-dönə zəngli saatı və ya telefonun saatını qururuq. Məhz bu Ümid nümunəsidir.
4. Əminlik haqqında
Biz hər gün gələcəklə bağlı planlar qururuq, baxmayaraq ki, həyat qədər gözlənilməz heç nə yoxdur. Çünki həyatda qəti müəyyən olunmuş heç nə yoxdur.
Amma biz gələcəyə əminik. Məhz bu Əminlikdir.
5. Həddindən artıq əminlik
Biz hər gün ətrafımdakı insanların əzab-əziyyət çəkməsinin şahidi oluruq, minlərlə insan bir-birinə dözülməz ağrı yaşadır. Biz başa düşürük ki, belə səhvlərdən yayınmaq bizim üçün də çətin ki, mümkün ola və ya qaçılmaz ola. Amma buna baxmayaraq, biz yenə də evlənirik.