“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 30 mart 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 35 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, qeyd olunan tarixdə 5 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S | Subyektin adı | Fəaliyyət istiqaməti | İmtina səbəbi |
1 | ORXAN MƏMMƏDOV AĞASƏLİM OĞLU | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
2 | “ALDORA” Məhdud Məsuliyyətli Cəmiyyəti | Topdan satış | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
3 | ASƏF RAMAZANOV ƏLİ OĞLU | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
4 | “SAVA LL” Məhdud Məsuliyyətli Cəmiyyəti | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
5 | QURBAN SOFİYEV SALEH OĞLU | Pərakəndə satış | Qida Təhlükəsizliyi sahəsinə aid deyil. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.