5 sığorta şirkətinin yığımlarında geriləmə – Siyahı

2019-cu ilin ilk 9 ayı ilə müqayisədə 2020-ci ilin ilk 9 ayında Azərbaycanın 21 sığorta şirkətindən 5-nin hesabladığı sığorta haqları azalıb, 16-nin isə artıb.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Ən çox sığorta haqqı azalmış sığorta şirkəti “AXA Mbask” şirkətidir (99%), ən az azalma isə “İpək Yolu Sığorta”da (5%) qeydə alınıb.

Yığımları ən çox artan “Amrah Sığorta” şirkətidir (5 dəfə), ən az artan isə “Dövlət Sığorta Kommersiya” şirkətidir (6%).

Onu da qeyd edək ki, “Amrah Sığorta” şirkətinin yığımlarında sentyabr ayı üzrə artım müşahidə edilsə də, sığorta şirkəti oktyabr ayında ləğv olunduğunu elan edib.

78

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər