13 C
Baku
Friday, May 10, 2024

50 il şüşədə üzən məktub

Britaniyanın dəniz ərazilərinə məxsus Terks və Kaykos adasında şüşə içərisində 50 il əvvəl yazılmış məktub tapılmışdır. Bu şüşəni sahildə ada sakini ingilis dili müəllimi və kolleksiyaçı Klint Baffinqton tapmışdır. Baffinqton “Coca-Cola” şüşəsinin içərisində olan bu məktubu may ayının sonlarında tapmış və öz bloquna bu haqda məlumat yerləşdirmişdir. O, məlumatda bildirmişdir ki, şüşə yaxşı formada qorunub saxlanıb və içərisindəki mətni də qismən görmək mümkündür. 

Məktubun müəllifi şüşəni tapan insandan onu Ocean Boulevard 419 ünvanına çatdırılmasını tələb edirdi. Həmçinin mətndə bildirilirdi ki, məktubu ünvanına çatdırana “Beachcomber” motelinin sahibləri tərəfindən 150 dollar mükafat veriləcək. Məktubda göstərilən ünvanı tapmaq mümkün oldu və otelin ABŞ-da New Hampshire ştatında yerləşdiyi dəqiqləşdirildi.

Beachcomber oteli hazırda da fəaliyyət göstərir və Pola Pirs tərəfindən idarə olunur. Baffinqtonun bloqunu işləyən jurnalistlər və kolleksiyaçılar onunla əlaqə yarada bildilər.

Pirs saytda şəkilləri gördükdən və mətnə baxdıqdan sonra bunu yazanın atası olduğunu anladı. O, atasının xəttini tanımışdı və onun sözlərinə görə belə bir məktubun varlığından xəbərsiz idi.

Məlum olur ki, Pola Pirsin atası həyat yoldaşı Tina ilə zarafat etmək məqsədilə ona şüşədə belə bir məktub göndərmişdir. O zamanlar otelin işləri ilə məhz o məşğul olurdu. Tina olduqca qənaətcil qadın idi və məhz bu xüsusiyyətinə görə məktubun müəllifi onunla zarafat etmək qərarına qəlib. O bilirdi ki, Tinadan bu məbləğdə mükafatı almaq mümkün olmayan haldır.

Pola Pirsin bildirdiyinə görə onun anası 1980-ci illərdə dünyasını dəyişdi. Atası isə onun ölümündən sonra tez bir zamanda vəfat etdi. Onun qeyd etdiyinə görə, atasının məktubunu gördükdə həddindən artıq heyrətləndi. Məktub isə əvvəlki kimi hələ də Baffinqtondadır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər