2 C
Baku
Saturday, December 14, 2024

50 manatlıq şirkətin 1.2 mln. manatlıq vergi borcu yaranıb

Şirvan şəhərində qeydiyyata alınan 50 manat nizamnamə kapitalı olan şirkətin dövlət qarşısında 1 milyon 197.66 min manatlıq vergi borcu var. Bu, “Chinar İstehsalat” MMC-dir.

Bununla bağlı 22 sentyabr 2020-ci il tarixinə olan vahid bazada qeyd edilib.

Lakin, şirkət Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, vergi məsələsinə görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı vergilər idarəsini məhkəməyə verib.

“Chinar İstehsalat” – 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Elşad Allahverdiyev Oqtay oğlu-dur.

Son xəbərlər
Digər xəbərlər