14 C
Baku
Thursday, April 25, 2024

50 min avroya dünyada ən bahalı və təhlükəsiz otel nömrəsi

Beş ulduzlu bir oteldə bir nömrəyə nə qədər pul ödəmək mümkündür və burada məbləğdə bir limit varmı? Dünyada ən bahalı otel otağını İsveçrədə sifariş verə bilərsiniz. Cenevrədə beş ulduzlu President Wilson otelində Royal Penthouse Suite nömrəsində bir gecə keçirmək üçün 50 min avro ödəmək lazımdır. Bir gecə üçün məbləğin bu qədər yüksək olmasına baxmayaraq, İsveçrə dəbdəbəsini bütünlüklə yaşamaq istəyən hər zaman tapılır.

Dəbdəbəli President Wilson oteli İsveçrədə Cenevrə çayının sahilində yerləşir. Bu otelin ən bahalı otağı olan Royal Penthouse Suite-in pəncərələrindən şəhərin möhtəşəm görüntüsünü seyr etmək mümkündür. Bu otaqda bir gecəlik qonaq qalmaq istəyən şəxs 65 min dolar (50 530 avro) ödəməlidir. Bir həftə üçün isə – 455 min dollar tələb olunur. Bu məbləğə Alplarda iki yataq otaqlı mənzil almaq mümkündür. Lakin bütün bunlar dəbdəbə həvəskarlarını dayandıra bilməz.

Bu ən bahalı otel nömrəsində tez-tez məşhur siyasətçilər, hökumət başçıları və digər məşhur şəxslər gecələyirlər. Beləliklə, bu nömrə artıq Böyük Britaniyanın keçmiş baş naziri Tony Blairi, ABŞ-ın keçmiş prezidenti Bill Klintonu, Microsoft şirkətinin yaradıcısı Bill Geytsi və həmçinin müğənni Rihannanı qonaq edib.

Royal Penthouse Suite 510 kv.m-dən artıq ərazini əhatə edir və bu nömrədə 12 otaq, 12 hamam otağı, eləcə də gölə baxan geniş terrası var. Burada həmçinin bilyard oyunu üçün məkan, geniş içki seçiminə malik bar, kitabxana, şəxsi fitnes mərkəzi və 16 nəfərin nahar edə biləcəyi məkan vardır.
Bütün otaqlarda sürətli internetlə yanaşı, hətta hamam otaqlarında belə telefon var. Qonaq otağı və üç yataq otağında ev kinoteatrı da mövcuddur.

Bütün bunlarla yanaşı, Royal Penthouse Suite dünyada ən təhlükəsiz otel nömrəsi hesab olunur. Burada polad qapılar quraşdırılmış və bu nömrəyə yalnızca xüsusi liftlə qalxmaq mümkündür.

Pəncərələr 6 sm qalınlığında güllə keçirməz şüşə ilə düzəldilmiş və hər otaqda “həyəcan siqnalı” var. Təhlükəli hal baş verdikdə qonaq şəxs xüsusi otaqda gizlənərək vertolyotun gəlməsini gözləyə bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər