3 C
Baku
Monday, February 26, 2024

500-lük avro dövriyyədən çıxarılır – SƏBƏB

Avronun 500-lük əskinası Avropa Mərkəzi Bankı (ECB) Şurası tərəfindən verilən qərarla tədavüldən çıxarılır.

Banker.az oxu.az-a istinadən xəbər verir ki, 2019-cul il yanvarın 26-da on yeddi Avropa ölkəsi tərəfindən 500-lük əskinas tədavüldən çıxarılacaq.

Yalnız Almaniya ilə Avstriyada tədavül müddəti 2019-cu il, aprelin 26-dək uzadılıb.

500 avroluq əskinasların dövriyyədən çıxarılmasının ən mühüm səbəbi terrorla mübarizə aparmaq kimi göstərilib. Çünki bu valyuta terror təşkilatları və saxta pul hazırlayanlar tərəfindən tez-tez istifadə edilir.

Bu faktlar isə ona inamı sarsıtdığından Avrozonanın iştirakçıları əskinas seçimində 500 avronu istəmirlər. Avronun 5, 10, 20, 50, 100 və 200-lük əskinasları yenilənərək təhlükəsizlik parametrləri daha etibarlı vəziyyətə çatdırılıb.

Məlumat üçün qeyd edək ki, 500 avroluq əskinas 2002-ci ildə buraxılıb və 16 il idi ki, tədavüldə idi.

Son xəbərlər
Digər xəbərlər