Vergi Məcəlləsinin 13.2.17. Əsas vəsaitlər – istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər.
Misal A MMC 501 manat dəyərində bir paltar alır. Onu əsas vəsait kimi qəbul etmək üçün Vergi Məcəlləsinin 13.2.17 maddəsinin tələblərinə nəzər yetirmək lazımdır. Orada 3 faktor qeyd olunur. 1. İstifadə müddəti bir ildən çox. 2. Dəyəri 500 manatdan çox. 3 Vergi Məcəlləsinin 114 maddəsinə uyğun olaraq amortizasiya edilməli maddi aktiv olmalıdır. Əgər alınan vəsait bu 3 tələbə uyğun gəlirsə o halda onu əsas vəsait kimi qəbul etmək olar. Bunlardan hər hansı biri öz təstiqini tapmırsa yəni 2 faktora uyğundur 1 faktora yox, o halda onu əsas vəsait kimi qəbul etmək olmaz. A MMC-nin aldığı mal amortizasiya olunmur və onu əsas vəsait kimi qəbul etmək olmaz. Buna görə də, o tez köhnələn vəsait kimi uçota alınmalıdır.
Bəzi halda istisnalarda var. Elə vəsaitlər var ki, amortizasiya olunmur və Vergi Məcəlləsinin 114 maddəsində öz əksini tapıb. Bu halda həmin vəsaitlər Vergi Məcəlləsinin 13.2.17 və 114 maddəsinin tələblərinə uyğun gəldiyi üçün, əsas vəsait kimi qəbul etmək olar. Misal üçün tarixi eksponatlar. Onun amortizasiyası mümkünsüzdür, amma dəyəri 500 manatdan yuxarı və istifadə müddəti uzunmüddətlidir.
İqtisadçı – ekspert Rauf Qarayev