2 C
Baku
Saturday, December 14, 2024

500 manatdan az məbləğdə çəkilmiş təmir xərcləri gəlirdən çıxılacaq

Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdən biri də icarəyə götürülmüş əsas vəsaitlər üzrə çəkilmiş təmir xərclərinin ilin sonuna kapitallaşdırılmış məbləği 500 manatdan az olduğu təqdirdə, həmin məbləğlərin birbaşa olaraq gəlirdən çıxılan xərclərə aid edilməsi ilə bağlıdır. 

Məlum olduğu kimi, 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclərin kapitallaşdırılaraq amortizasiya ayırmaları şəklində gəlirdən çıxılması nəzərdə tutulur. Vergi Məcəlləsinə əsasən, ilin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan az olduqda, qalıq dəyərinin məbləği birbaşa gəlirdən çıxılır.

Qeyd edilən hal nəzərə alınaraq, əsas vəsaitlərlə bağlı analoji yanaşmanın təmir xərclərinə də aid edilməsi qərara alınıb. Belə ki, dəyişikliklərə əsasən, icarəyə götürülmüş əsas vəsaitlər üzrə ilin sonuna kapitallaşdırılmış təmir xərcinin məbləği 500 manatdan az olduqda, həmin məbləğ birbaşa olaraq gəlirdən çıxılan xərclərə aid ediləcək.

Son xəbərlər
Digər xəbərlər