15 C
Baku
Friday, April 26, 2024

5000 kreditə görə 250 000 dəyərində girov

Bankdan kredit götürən milyonçu ilə bağlı əhvalat

Bir dəfə Nyu-Yorkda alicənab gənc bir insan (yəhudi əsilli) banka daxil olur və kreditlər üzrə mütəxəssisə müraciət edir. O, kreditora bildirir ki, Avropaya 2 həftəlik işgüzar səfərə getməyə hazırlaşır və ona görə ona 5000 dollar təcili borc pul lazımdır. Bank işçisi isə onun ölkə xaricinə getdiyini də nəzərə alaraq bildirir ki, belə bir məbləğ üçün mütləq hər hansı bir təminat və ən yaxşısı girov lazımdır. Belə olduqda gənc yəhudi öz yeni Ferrari avtomobilinin açarlarını ona uzadıb deyir ki, avtomobilimi girov qoya bilərəm. Maşın elə bankın dayanacağında idi.

O, lazım olan sənədləri təqdim edir, məlumatları bank əməkdaşları da yoxlayırlar və bundan sonra bankın təmsilçiləri avtomobili borca görə girov kimi qəbul etməyə razılaşırlar. Lakin yəhudi xarici ölkəyə getdiyindən avtomobil bankda qalmalı idi.

Bankın prezidenti, elə digər əməkdaşlarda bir az təəccüb içində idilər və ürəklərində gülürdülər. 5000 dollar kredit götürmək üçün girov qoyulan Ferrarinin dəyəri 250.000 dollar idi. Bankın əməkdaşı avtomobili bankın yeraltı qarajına sürür və orada saxlayır.

İki həftədən sonra oğlan banka qayıdır, 5000 dolları geri qaytarır və həmçinin borcdan istifadəyə görə faizləri də ödəyir ki, bu da 15 dollar 41 sent təşkil edir. Bank əməkdaşı ondan soruşur: “Ser, Sizinlə əməkdaşlıq etməyə çox məmnun olduq və bu sövdələşmə çox uğurlu oldu. Amma bir məsələ var ki, bizə qaranlıq qaldı və mümkünsə onu bizə agah edəsiniz: “Olmadığınız müddətdə Sizin haqqınızda informasiyaları araşdırdıq və öyrəndik ki, Siz multimilyonçusunuz. Bircə onu başa düşmürük ki, 5000 dolları borca götürmək, Sizin nəyinizə gərək idi?”

Bu fikirlərə isə gənc insan belə cavab verir: “Bəs, Nyu-Yorkda mən başqa hansı dayanacaqda öz maşınımı iki həftəyə cəmi 15 dollar, 41 sentə saxlaya bilərdim, özü də əminliklə ki, geri qayıdanda onu saxladığım yerdə tapa biləcəyəm?

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər