“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tender elan edib.
Banker.az xəbər verir ki, tenderdə 500/330 kV-luq “Nəvahi” yarımstansiyasının tikintisi nəzərdə tutulur.
Ehtimal olunan qiymət isə 51 542 485 manatdır.
Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.