10 C
Baku
Wednesday, December 11, 2024

55 dərəcəyə hesablanan İES 45 dərəcəyə niyə dözmədi? – RƏY

Mingəçevirdəki “Azərbaycan” İES 50-55 dərəcə istiyə hesablanıb, 40-45 dərəcə temperatur bu miqyasda qəzaya səbəb ola bilməz.

Bu sözləri açıqlamasında Azərbaycan Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti, ekspert Telman Zeynalov deyib.

Onun fikrincə, hadisə müvafiq qurumların öz xidməti vəzifələrinin icrasına səhlənkar münasibəti səbəbindən baş verib.

“Nəzarətsizlikdən əsl fəlakət baş verə bilərdi. Azərbaycan prezidenti yanında ictimai struktur yaradılmalıdır. Prezident bu və ya digər qanunu qoyur, ictimai struktur isə həmin qanunun icrasına nəzarət edir.

Bəzi məmurlar prezidentin bu tapşırığını yerinə yetirmirlər. Onlar məhkəmə qarşısına çıxarılmalı və sərt qaydada cəzalandırılmalıdır. Misal üçün, dövlət əmlakının mənimsənilməsində ittiham olunanlar ömürlük həbs edilsin”, – ekspert bildirib.

O qeyd edib ki, bir neçə ay əvvəl Oxu.Az-a açıqlamasında 45 dərəcə istinin olacağı ilə bağlı proqnoz vermişdi.

“Həmin vaxt soyuducu sistemlərlə bağlı düşünmək və İES-ə texniki baxış keçirmək lazım idi”, – Zeylanov əlavə edib.

“Partlayışın baş verdiyi bildirilən “Azərbaycan” İES-in 6 saylı enerji blokunun Strateji Yol Xəritəsinə görə əsaslı təmir olunması nəzərdə tutulurdu.  Deməli qabaqcadan da bilinirmiş ki, burada ciddi problemlər ola bilər. Lakin, təəssüf ki, bunun zamanında qarşısını ala bilməyiblər. ”

Bunu isə İT üzrə ekspert Osman Gündüz açıqlamasında deyir.

O bildirir ki, ümumiyyətlə bu sektorda görülən işlərlə bağlı hesabata baxanda görmək olar ki nəzərdə tutulan işlərin xeyli hissəsi reallaşmayıb:

“Əslində baş verən hadisəni sadəcə bütün ölkə üzrə işığın sönməsi kimi dəyərləndirmək doğru olmazdı. Texnogen hadisələr hər zaman və hər yerdə ola bilər, işıq da sönə bilər .
Amma onun nəticələrinin bu dərəcədə olması, ölkənin bütün infrastrukturuna bu dərəcədə təsir etməsi , bütün ölkənin enerji təminatının bir nöqtədən asılı olması düşündürücüdür.
Müasir zamanda bu yolverilməzdir.

Nə üçün alternativ paylayıcılar dərhal işə düşməyib.? Ümumiyyətlə olubmu belə alternativlər ?

Fikrimcə baş verənlər ölkənin geniş mənada təhlükəsizliyi məsələsində ciddi problemlərin olduğunu ortaya çıxardı. Düşünürəm ki bu, ali hakimiyyət səviyysəində ciddi müzakirə olunmalı və təkrarlanmaması üçün tədbirlər görülməlidir.  Nəzərə alsaq ki bir dəfə də belə bir hadisə olmuşdu, deməli burada ciddi məsuliyyət məsələsi də ortaya qoyulmalıdır.
İndiyədək bu sektorda çoxsayllı layihələrin, elektrik enerjisinin ötürülməsi sisteminin inkişafı layihəsinin, yeni istehsal güclərinin yaradılması layihəsinin, az qala hər bir rayonda İES-lərin və SES-lərin tikilməsi layhəsinin icra olunması haqqında ölkə rəhbərliyinə hesabatlar verilirdi.

Lakin baş verənlər göstərir ki dayanıqlı, alternativlər üzərində qurulmuş enerji sisteminin qurulmasında problemlər var.”

Ümumiyyətlə, ölkədə digər sahələrdə də şaxələndirimiş, alternattivlər üzərində dayanıqlı sistemlərin qurulmasında problemlərin olduğu zaman-zaman müşahidə olunur.
Son dövrlərdə biz bunu ölkə üzrə İnernetin kəsilməsində, profilaktika səbəbilylə bütün TV kanalların ölkə üzrə dayandırılmasında, su təchizatında, indi də enerji sistemində müşahidə edirik.

Düşünürəm ki bütün sahələrdə alternativ, şaxələndirilmiş dayanıqlı sistemlərin qurulması, məsul şəxslərin məsuliyyətinin gücləndirilməsi , dövlət intizamının sərtləşdirilməsi, özəl sektorun bu sahəyə cəlb edilməsi istiqamətində təsirli tədbirlər görülməlidir.”

Son xəbərlər
Digər xəbərlər