“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu və milyarder İlon Mask, Donald Trampın prezident olduğu müddətdə sərvətini təxminən 170 milyard dollar artırıb.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Times” qəzetinin qeyd etdiyi kimi, bu, bütün dünya milyarderləri arasında rekord göstəricidir.
Trampın ABŞ prezidenti olduğu gün, 20 yanvar 2017-ci ildə Maskın sərvəti 12.9 milyard dollar olaraq qiymətləndirilib. Hal-hazırda “Forbes”un qiymətləndirmələrinə görə, Mask “Amazon” şirkətinin qurucusu Ceff Bezosdan sonra dünyanın ikinci ən zəngin adamıdır. Onun sərvəti 184 milyard dollar dəyərində qiymətləndirilir.
8 yanvar tarixində Mask ilk dəfə olaraq dünyanın ən zəngin adamı olub və Bezosu keçib. Lakin sonradan yenidən reytinqin birinci sətrini itirib.
“Tesla” səhmləri son dörd ildə 1625%, “S&P 500” və “Dow Jones” indeksləri isə 70% və 60% artıb.
Mütəxəssislərin fikrincə, Mask və Tramp arasındakı münasibət çox da yaxşı olmayıb. 2017-ci ildə ABŞ İqlim razılaşmasından çıxdığını elan etdikdən sonra, Mask Trampın nəzdindəki məsləhətçi şuranın üzvlüyündən çıxıb. “İqlim dəyişikliyi realdır. Paris müqaviləsindən çıxması həm Amerika, həm də bütün dünya üçün təhlükəlidir”, – deyə sahibkar qeyd edib.
Bununla belə, Tramp İlon Maskı ixtiraçı Tomas Edison ilə müqayisə edir və “dünyanın ən möhtəşəm dahilərdən biri” adlandırır.