“Azərenerji” 8 KSES layihəsi üzrə boru satınalmasına milyonlarla vəsait ayırır.
Banker.az xəbər verir ki, “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti 8 ədəd KSES-lərin tikintisi layihəsi çərçivəsində spiral tikişli polad boruların daşınaraq satınalınması ilə bağlı satınalma prosedurunu yekunlaşdırıb.
Satınalmanın qalibi “Azərtexnolayn” MMC olub.
Müqavilənin ümumi dəyəri 55 milyon 787 min manat təşkil edir.








