13 C
Baku
Friday, April 19, 2024

56 min dollar təqaüd alacağı deyilən Yasinin atası danışdı, əslində..

ABŞ-ın bir çox universitetlərinə qəbul alan Yasin Quliyevin atası sosial şəbəkələr və bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib.

Gəncin atası Yalçın Quliyev bildirib ki, oğlu saytlarda deyildiyi kimi 56 min dollar təqaüd almayacaq. Y.Quliyevin sözlərinə görə, oğlu ABŞ-ın bir çox universitetlərindən qəbul alsa da, Türkiyəni seçib:

“Bu proseslər bir günün içində baş verməyib, Yasin xeyli müddətdir ki ABŞ-dan qəbul alıb, o cümlədən də Bahçeşehir Universitetində təhsil haqqından azad olunub. Ancaq biz düşündük ki, o, Türkiyənin Sabancı universitetində oxusun”.

Oğlunun 56 min dollar təqaüd alacağı ilə yayılan xəbərlərə gəldikdə isə, Y.Quliyev bunu təkzib edib:

“Heç kəs Yasinə 56 min dollar pul verməyəcək. Oğlumun ixtisası üzrə (Kompüter mühəndisliyi) illik təhsil haqqı 18 min dollardır. Universitet Yasini təhsil haqqından azad edib. Ödəniş yalnız yaşayış üçün olacaq”.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Yasin Uğurun Türkiyənin Sabancı Universitetinə qəbul olunduğu və 56 min dollar təqaüd alacağı ilə bağlı xəbərlər yayılıb.

©Trend

Son xəbərlər
Digər xəbərlər