10 C
Baku
Monday, November 18, 2024

562 min hektardan çox əkin sahəsi dövlət dəstəyindən kənarda qalıb

2021-ci ildə müvafiq (buğda, arpa, pambıq, şəkər çuğunduru, kartof, tərəvəz, bostan bitkiləri, yonca, üzüm, çay və meyvə) bitkilər üzrə becərilən faktiki 1803.6 min hektar sahənin yalnız 68.8%-i subsidiya ilə təmin edilib.

Hesablama Palatasının məlumatında bildirilir ki, 2021-ci ildə faktiki becərilən əkin sahələrinin 562.8 min hektarı dövlət dəstəyindən kənarda qalıb.

Bu dövrdə auditlə müəyyən edilib ki, faktiki istifadədə və ya mülkiyyətdə olan torpaq sahələrinin müvafiq qaydada sənədləşdirilməməsi, elektron müraciət reqlamentlərinə tam və ya qismən əməl edilməməsi, eyni zamanda maarifləndirmə işləri ilə prosesin kütləviliyinə nail olunmaması nəticəsində 562.8 min hektar əkin sahəsi dövlət dəstəyindən kənarda qalıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər