19.2 C
Baku
Wednesday, May 14, 2025

57 milyon manat faiz subsidiyasının verilməsi barədə müsbət qərar qəbul edilib

2021-ci ilin 31 may tarixinədək dövlət zəmanətli kredit və faizlərin subsidiyalaşdırılması mexanizmi çərçivəsində 1026 müraciət üzrə 258.3 milyon manat kreditə 149.7 milyon manat məbləğində dövlət zəmanəti verilib.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Belə ki, Mövcud kredit portfelinin subsidiyalaşdırılması mexanizmi üzrə isə kredit qalığı 819.2 milyon manat olan 4497 müraciətə 57 milyon manat faiz subsidiyasının verilməsi barədə müsbət qərar qəbul edilib və artıq 49.3 milyon manat subsidiya ödənişi həyata keçirilib.

Qeyd edək ki, sahibkarların dövlət zəmanətli kredit və faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə müraciətləri Elektron Kredit Platforması üzərindən qəbul olunur. Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılması məqsədilə Fond tərəfindən xidmətlərin tam elektronlaşdırılması istiqamətində tədbirlər görülür.

Son xəbərlər
Digər xəbərlər