20 C
Baku
Saturday, May 25, 2024

Qəribə hadisələr

La Revert

Mariya Selom 1900-cü ildə 20 yaşı olarkən qadın cinsli ilk toreador olaraq debüt edir. Bir neçə il ərzində o nailiyyətlərinə görə inanılmaz dərəcədə məşhurluq qazanır. İctimaiyyət içərisində onun uğurlarına baxmayaraq, ispan rəhbərliyi toreadorluğu qadınlar üçün əxlaqsızlıq olduğunu bildirərək qanundankənar elan edir. Bu La Revert kimi tanınan Mariyanı heç də təəccübləndirmədi. Belə ki, o əhalinin içərisində olarkən parikini çıxarır və əslində kişi olduğunu nümayiş etdirir! Əsl adı Aqustin Rodigriz olan “Mariya” üçün bu hərəkət heç də xoş sonluqla nəticələnmir. İspanlar onu məşhur və məharətli toreador olaraq qəbul etmək əvəzinə, yalançılıq səbəbindən nifrət etdilər. İstər-istəməz bu onun karyerasına son qoydu.

Həddindən artıq isti

Qəribə ölüm halları dedikdə ABŞ-da 1979-cu ildə baş vermiş bir hadisə yada düşür. Belə ki, 58 yaşlı ər və 53 yaşlı həyat yoldaşı hovuzda qaynar suda həddindən artıq çox qaldıqları üçün vəfat etmişdilər. Onların hər ikisinin qan təzyiqləri yüksək idi. Hovuzda olarkən həddindən artıq spirtli içki içdikləri üçün yuxuya gedirlər və bir daha oyanmırlar. Cəsədlər yarıldıqdan sonra onların alkoqolla zəhərlənmə və ürək xəstəliyinin kombinasiyası nəticəsində öldükləri aşkar olunmuşdu.

Zülmət gün

İngiltərədə zülmət gün adlandırılan hadisə 1780-ci ildə baş verib və bu gündə səma qəfildən zülmətə bürünüb. Buna ilk səbəb kimi meşə yanğınlarından sonra qatı dumanla bulud örtüyünün birləşməsi göstərilmişdi. Qaranlıq o həddə çatmışdı ki, artıq günorta saat 12-də şamların yandırılmasına ehtiyac var idi. Zülmət günün ardınca günəş qırmızı, səma isə sarı rəngə çalırdı. Bu gün isə bəzi dini qurumlar bunun Allah tərəfindən dünyanın sonuna bir işarə olduğunu hesab edirlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər