27 C
Baku
Wednesday, April 24, 2024

5G-nin gücü – İl ərzində milyarddan çox smartfon satıla bilər

Bu il 5G şəbəkələri yeni yayılmağa başlayır, bazarda hələ ki, beşinci nəsil şəbəkələrində işləyə biləcək bir neçə smartfon modeli təqdim olunub.

Xarici mətbuata istinadən xəbər verilir ki, analitiklər əmindirlər ki, 5G-smartfonların populyarlığı sürətlə artacaq. Orta qiymət azaldıqdan və 5G əhatə dairəsi hər yerdə az-çox yayıldıqdan sonra bu cihazların satışı artacaq. 2025-ci ilə qədər 5G effektli smartfonların illik satışının 1 milyar ədəddən çox olacağı gözlənilir.

Strategy Analytics-in qiymətləndirmələrinə görə, 5G-ni dəstəkləyən smartfonların satışı 2019-cu ildə ümumi satış həcminin 1%-dən az hissəsini təşkil edəcək. Lakin 2020-ci ilə qədər bu cür cihazların payı 10%-ə yaxın olacaq.

Cənubi Koreya hazırda 5G-nin yayılma sürətinə görə liderdir, lakin Çin 5G dövründə tez bir zamanda dünya lideri olmaq niyyətindədir.

Artıq bildirildiyi kimi, gələn il Çin bazarının lideri Çində bütün 5G smartfonlarının yarısını sata biləcək Huawei olmalıdır.

©Ted.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər