“5G” şəbəkələrində ciddi boşluqlar aşkar edilib

Beşinci nəsil mobil şəbəkələr təhlükəsiz kimi xarakterizə edilsə də, kibertəhlükəsizlik sahəsində mütəxəssislər yeni rabitə standartında bir sıra boşluqlar aşkar etməyə nail olublar. “5G” həllərin texnoloji çatışmazlıqlarından istifadə edən ABŞ-ın iki universitetinin alimləri istifadəçilərin qurğularına müxtəlif hücumlar həyata keçirməyə nail olublar.

Ayova və Perdyu universitetlərinin tədqiqatçılar komandası “5G” şəbəkələrində bir sıra sınaqlar keçiriblər. Sınaqlar zamanı onlar rabitə protokollarında 12 müxtəlif boşluq aşkar ediblər. Bu boşluqların köməyilə onlar abunəçilərin yerini izləyə, saxta həyəcan siqnalları yayımlaya, hətta smartfonları mobil şəbəkədən ayıra biliblər.

©İctnews

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları