10 C
Baku
Friday, December 13, 2024

5G şəbəkələrinə qlobal qoşulmaların sayı 2025-ci ilədək 3 mlrd. çatacaq

2023-cü ilədək dünyada 5G şəbəkələrinə qoşulma sayı 1 mlrd. ötəcək, 2025-ci ilin əvvəlində isə bu rəqəm təxminən 3 mlrd. çatacaq.

Bu barədə RİA “Novosti”yə “OPPO” şirkətinin Standartlaşdırma Tədqiqat Mərkəzinin rəhbəri Henri Tanq deyib.

Onun sözlərinə görə, 5G şəbəkəsindən hazırda dünyanın 38 ölkəsində 90-dan çox operator istifadə edir və yaxın gələcəkdə şəbəkə daha da genişlənəcək: “Proqnozlarımıza görə, 2022-ci ilədək 5G-ni dəstəkləyən təxminən 750 mln. mobil telefon istehsal ediləcək, 2023-cü ilə qədər qoşulmaların sayı 1 milyardı keçəcək, 2025-ci ilin əvvəlinə isə qoşulmaların sayı 3 milyarda yaxınlaşacaq”.

5G şəbəkələri 10 Qbit/saniyədən çox sürətdə real vaxt rejimində məlumat mübadiləsinə imkan yaradır – 4G şəbəkələrindən 30 dəfə sürətli. 5G texnologiyası “əşyaların interneti” cihazlarının müxtəlif məqsədlər üçün kütləvi bağlantısını təmin edir. “Əşyaların interneti” ilə yanaşı, 5G şəbəkələrinin “ağıllı şəhər”, “ağıllı istehsal”, “ağıllı ev” və nəqliyyat kimi sahələrdə istifadəsi planlaşdırılır.

Texnologiyanın istifadəsi xidmət səviyyəsinin artmasına, sənayenin avtomatlaşdırmasına, pilotsuz nəqliyyat vasitələri, məsafəli tibb, virtual və genişlənmiş reallıq sahələri daxil olmaqla yeni xidmətlərin inkişafına kömək edəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər