5G texnologiyası haqqında qısa və aktual məlumatlarla tanış olmaq istəyirsinizsə, oxumağa davam edin: bu texnologiyanın təsviri, istifadə nümunələri, infrastrukturu, üstünlükləri və çətinlikləri, habelə yeni rabitə standartını dəstəkləyən modemlər və stansiyalar – bütün bu suallara birlikdə cavab verək.
Uzun müddətdir ki, 5G texnologiyası ətrafında müzakirələr gedir. Və bu, COVID-19 koronavirus pandemiyasının yayılması fonunda baş verir. Bir çoxları hətta koronavirusun yayılmasında 5G texnologiyasını günahlandırır. Əgər yanvar-fevral aylarında Consumer Electronics Show kimi böyük sənaye tədbirlərində İT şirkətlərinin çoxu 2020-ci ili 5G ilə əlaqələndirirdisə, ilin ortalarında bu texnogiya haqqında təsvir yaratmaq üçün bazarın tanınmış oyunçularının reklamına baxmaq kifayət edir. Məsələn:
Bundan əlavə, ən yüksək dairələrdən danışsaq, hətta Donald Tramp administrasiyası belə bu sahədəki nailiyyətləri prioritet hesab edir. Həm də qeyd etmək lazımdır ki, burada da digər yeniliklərdə olduğu kimi eyni problemə rast gəlinir (blokçeyn texnologiyası kimi) – hamı onun haqqında danışır, amma dəqiq olaraq söhbətin nədən getdiyini bilmir.
“5G” texnologiyasının mahiyyəti nədən ibarətdir?
Əgər qısa danışsaq, 5G texnologiyası bizə məlumatları daha sürətli ötürmək, o cümlədən müxtəlif “ağıllı” qurğular üçün gecikmə vaxtını azaltmaq imkanını vəd edir. Burada yalnız mobil qurğular deyil, həmçinin bir sıra innovasiyalar da nəzərdə tutulur. Məsələn, avtonom idarəetmə və ya “ağıllı” şəhərlər: hər iki halda məlumatların ötürülməsini sürətləndirməyə ehtiyac var.
Hazırda bu problemi 2G, 3G və 4G şəbəkələri ilə işləyən stansiyalar həll edirlər. Artıq yüklənmə müəyyən nasazlıqlar yaradır ki, bu halda 5G texnologiyası bizə kömək edə bilər. Reuters-in qeyd etdiyi kimi, 2024-cü ilədək 5G texnologiyasından istifadə edənlərin sayı 1,5 milyard nəfərə çatacaq. Bu təəccüblü deyil, çünki məlumatların daha keyfiyyətli ötürülməsinə artan tələbat, operatorları 2G və 3G texnologiyalarından imtina etməyə məcbur edəcək.
Ən maraqlısı odur ki, koronavirus pandemiyası 5G-nin mövqeyini nəyinki pisləşdirmədi, əksinə – distant iş və təhsil sayəsində bir çox şirkət və təhsil müəssisəsi daha yaxşı rabitə dəstəyi barədə düşünməyə başladı. Eyni şeyi digər sahələr haqqında da söyləmək olar. Məsələn, əyləncə sektoru, çünki oyunlar yüksək keyfiyyətli İnternet tələb edirlər və bu bir daha 5G texnologiyasına tələbatın yüksək olduğunu nümayiş etdirir.
Nəhayət, COVID-19 ilə əlaqəli məhdudiyyətlər zamanı səs trafiki əhəmiyyətli dərəcədə artıb – 20%-dən 70%-ə qədər. Zənglərin sayı və müddəti çoxalıb ki, bu da 2G, 3G və VolTE kimi mobil şəbəkələri dəstəkləyən stansiyalar üçün artıq yükdür.
Buna görə 5G texnologiyası bu qədər aktiv şəkildə müzakirə olunur, investor və ölkə liderləri isə onun yayılmasını təşviq etməyə çalışır. Dünya təcrübəsindən Çinin 600 mindən çox 5G stansiyası tikmək və bu şəbəkə ilə işləyən avtobus marşrutunu işə salmaq planını xatırlatmaq olar.
“5G”nin infrastrukturu haqqında
Texnologiyanın şəbəkə infrastrukturu aparat komponentlərindən, şəbəkə əməliyyatları üçün proqram texnologiyalarından və yarımkeçirici çipsetlərdən ibarətdir. Qeyd edək ki, sonuncular smartfonların, noutbukların və C-V2X cihazlarının ən vacib elementlərindən biri olacaqlar.
Ümumiyyətlə, 5G şəbəkə infrastrukturunda inteqrasiya edilmiş sxemlərin tiplərinə görə aşağıdakı mikrosxemləri ayırmaq olar:
1. Tətbiqi inteqral sxemlər (ASIC): ən çox məişət texnikalarında, avtonom aqvtomobillərdə və sənaye avtomatlaşdırılmasında istifadə olunur.
2. Mobil və ya baza: smartfonlarda və müştəri otaqlarında istifadə olunur (CPE).
3. Millimetrlik dalğa mikrosxemləri (mm dalğa): evlərdə və müəssisələrdə istifadə olunur.
4. Radio tezliyi (RFIC): istehlakçı cihazlarında istifadə olunur.
Hazırkı testlərə görə, 5G infrastrukturunun ən böyük problemlərindən biri qüllələrin bir-birinə yaxın olması tələbidir (bir neçə yüz metrə qədər). Müqayisə üçün 3G və 4G qüllələrini bir-birindən on-iyirmi kilometr məsafədə yerləşdirmək mümkündür. Başqa sözlə desək, siqnal itkisinin qarşsını almaq üçün böyük şəhərlərdə çox sayda anten tələb olunacaq.
“5G” texnologiyasını dəstəkləyən modemlər
5G texnologiyasını dəstəkləyən modemlərin əsas xüsusiyyətlərinə yüksək sürət və məlumatların ötürülməsində gecikmələrin olmamasını aid etmək olar. Bunun ən görkəmli nümunələrindən biri simsiz sürətli İnternet (7,5 Gb-a qədər) təklif edən “Snapdragon X60” dır.
Onun əsas rəqibləri “Huawei Balong 5000” (sürəti 6,5 Gb-a çatır) və 4G ilə işləyən “Sierra Wireless EM” modemləridir.
“5G” texnologiyasının tətbiq edilməsi. Nümunələr
Ən məşhur nümunələrindən iksi Huawei-in paylanmış və mərkəzləşdirilmiş şəbəkələr üçün işləyən BBU5900 və CBU5900 stansiyalarıdır. BBU5900 bazarda ən yüksək inteqrasiya qabiliyyətinə malikdir. O, bütün radio giriş texnologiyalarını (RAT) (2G, 3G, 4G və 5G) və tezlik diapazonlarını 50 Gbit / s dəstəkləyir.
CBU5900 uzaq yerlərdə quraşdırmanı asanlaşdırır, server otağının havalandırma tələblərini azaldır və bütün şəbəkə daxilində sürətli peyk sinxronizasiyasını təmin edir. Göründüyü kimi, yuxarıda göstərilənlər xərcləri xeyli azaltmış olur.
Nəticə:
1. İldən-ilə məlumatların həcmi artır. İstehlak ən çox video kameralar, mobil qurğular və bu kimi digər rüsurslar hesabına baş verir. “5G” texnologiyası bizə bütün bu cihazların öhdəsindən gəlməyə kömək edə bilər.
2. Bu amil bazar istehlakçılarını “5G” texnologiyasına diqqət yetirməyə məcbur edir:
– ölkələr və investorlar fəal şəkildə investisiya qoymağa başlayırlar;
– şirkətlər öz məhsullarında tətbiq edirlər;
– universitetlər müvafiq proqramlar yaradırlar;
3. İnnovativ olmasına baxmayaraq, 5G texnologiyasının 3G və 4G ilə müqayisədə müəyyən çatışmazlıqları var – məsələn, qüllələr arasındakı məsafənin az olmalıdır.
4. Və nəhayət, bugünkü vəziyyət “5G”yə tələbatın artmasını təşviq edir.