5G smartfonların qlobal satışları 2020-ci ilin birinci rübündə 24,1 milyon ədədə çatıb, bu barədə “Strategy Analytics” tədqiqat şirkətinin hesabatında deyilir.
Aşağıda 2020-ci ilin birinci rübündə bazar payına görə 5G smartfonların ən böyük 5 tədarükçüsü haqqında danışacağıq.
- Oppo
“Oppo” – Çin şirkətidir, premium seqmentə daxil olan elektronikanı istehsal edir. “Oppo” şirkəti dünyanın ən etibarlı markalarından biri hesab olunur. 2020-ci ilin birinci rübündə onun bazar payı 5% təşkil edib.
- Xiaomi
“Xiaomi” – 5G smartfonların tədarükü üzrə beş liderdən biri olan Çin şirkətidir. Onun bazar payı 10,4% təşkil edib. Ümumiyyətlə, Çin tədarükçüləri 2020-ci ilin birinci rübündə bazarın 61%-ni tutublar.
- Vivo
“Vivo” – Çin şirkətidir, dünyanın ən böyük smartfon istehsalçısıdır. Bu ilin ilk rübündə olan məlumata görə, onun bazar payı 12% təşkil etmişdir. Qeyd edək ki, “Vivo” Qərbdə demək olar ki, mövcud deyil. Lakin bu, onun dünyanın aparıcı istehsalçılarından birinə çevrilməsi üçün maneə deyil.
- Huawei
“Huawei” dünyanın ən böyük telekommunikasiya şirkətlərindən biridir. Onun 5G smartfonların tədarükündə payı 33,2% təşkil edir. Ümumilikdə şirkət 8 milyon 5G cihazı istehsal edib.
- Samsung
Reytinqin lideri 2020-ci ilin birinci rübündə 8,3 milyon smartfon satan Cənubi Koreyanın “Samsung” şirkəti olub. Onun bazar payı 34,4% təşkil edir.