2017-ci ilin yanvar-iyun aylarında manat dollara qarşı 3,87% möhkəmlənib. Bu barədə Azərbaycan Mərkəzi Bankın məlumatları əsasında məlumat verilib.
Bununla belə, iyun ayında manatın dollara qarşı məzənnəsi 0,0059% möhkəmlənib (may ayında manat dollara qarşı 0,29% möhkəmlənib).
İyunda manatın dollara qarşı orta məzənnəsi cari ilin may ayında 1,7023 AZN/$1-ə qarşı 1,7022 AZN/$1 təşkil edib.
I yarımillikdə manat avroya qarşı 4,45%, həmçinin iyunda 2,41% ucuzlaşıb (may ayında manat 2,817% ucuzlaşıb).
Xəbər verildiyi kimi, 2016-cı ildə manat dollara qarşı 13,6% ucuzlaşıb.