8 C
Baku
Sunday, November 17, 2024

6 dövlət lideri İsraillə bağlı birgə bəyanat qəbul edib

ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada və Fransanın dövlət və hökumət başçıları İsrailə dəstəklə bağlı birgə bəyanat qəbul ediblər.

Məlumatı İsrail KİV-i yayıb.

Bəyanatda 6 dövlət İsraili dəstəkləməklə yanaşı, onun özünü terrordan qorumaq haqqının olduğunu da vurğulayıblar. Liderlər beynəlxalq humanitar qanunvericiliyə əməl, habelə dinc sakinlərin təhlükəsizliyini təmin etməyə çağırıblar. Bəyanatda iki girovun (HƏMAS-ın azad etdiyi ABŞ-nin iki vətəndaşı nəzərdə tutulur-red.) alqışlansa da, başqa girovların da təcili sərbəst buraxılması istənilib.

Liderlər Qəzza zolağına ilk humanitar yardım karvanının daxil olmasını da alqışlayıblar. Onlar Qəzza sakinlərinin qidaya, suya, sabit, təhlükəsiz tibbi yardım və digər humanitar ehtiyaclara çıxışını təmin etmək üçün bölgədəki tərəfdaşlarla koordinasiya etməyə söz veriblər.

Liderlər, həmçinin bölgədəki vətəndaşlarına, xüsusən də Qəzza zolağından çıxmaq istəyənlərə dəstəyi koordinasiya etmək barədə razılığa gəliblər. Münaqişənin genişlənməsinin qarşısını almaq, Yaxın Şərqdə sabitliyi qorumaq, siyasi həll və davamlı sülhə nail olmaq üçün regiondakı əsas tərəfdaşlar da daxil olmaqla sıx diplomatik əməkdaşlıq barədə də razılıq əldə olunub.

Qeyd edək ki, oktyabrın 23-də gecə saatlarında ABŞ Prezidenti Cozef Bayden, Böyük Britaniyanın Baş naziri Rişi Sunak, Almaniya kansleri Olaf Şolts, Kanadanın Baş naziri Castin Tüdor, İtaliyanın Baş naziri Corciya Meloni, Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər