17 C
Baku
Monday, April 29, 2024

6 il sonra ilk dəfə: Əcnəbilərin Azərbaycan banklarındakı depozitləri 1 milyard manatı ötdü

Cari ilin oktyabr ayında əcnəbilərin Azərbaycan banklarındakı depozitlərinin həcmi 77.3 milyon manat (8.1%) artaraq 1031.5 milyon manata (1 milyard 31 milyon 545 min 992.74 manat) çatıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Əcnəbilərin banklardakı depozitlərinin 289.3 milyon manatı (289 milyon 276 min 325.28 manat) və ya 28%-i milli valyutada, 742.3 milyon manatı (742 milyon 269 min 667.46 manat ekvivalenti) və ya 72%-i xarici valyuta olan əmanətlərdir.

Əcnəbilərin oktyabr ayında milli valyutada banklara qoyduğu əmanətlər 47.7 milyon manat və ya 20%, xarici valyutadakı əmanətləri isə 29.6 milyon manat (ekvivalent) və ya 12% artıb.

Qeyd edək ki, əcnəbilərin Azərbaycan banklarındakı əmanətlərinin həcmi sonuncu dəfə 2016-cı ilin avqust ayında 1 milyard manatdan çox olub.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər