15 C
Baku
Friday, April 26, 2024

6 ildən sonra ilk – Ronaldo və Messisiz final

Futbol tarxinin ən yaxşıları arasında göstərilən Lionel Messi və Kriştiano Ronaldo  6 ildən sonra ilk dəfə Çempionlar Liqasının finalında yer almayacaq.

Argentinalı hücumçunun komandası “Barselona” yarımfinalın cavab oyununda “Liverpul”a 0:4 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

Messi və Ronaldonun oynamadığı ən son ÇL finalı 2013-cü ildə olub. Maraqlıdır ki, həmin vaxt finalda çıxış edən Dortmund “Borussiya”sını məhz “Liverpul”un baş məşqçisi Yürgen Klopp çalışdırıb. Alman mütəxəssis ikinci dəfə Messi və Ronaldonun olmadığı bir finalda yer alacaq.

Qeyd edək ki, ÇL-in digər statistikasına əsasən, 2013-cü ildən indiyə kimi ilk dəfə bir İspaniya klubu olmadan final oynanılacaq.

©Qol.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər