İqtisadi proqnozlara əsasən, Yaponiyada qulluqçular və şirkətlər öz gəlirləri ilə müqayisədə daha yüksək vergi ödəməkdə davam edəcəklər.

Rəsmi mənbələrdən verilən məlumata görə, 2019-cu maliyyə ilində gəlirlərin orta hesabla 42,8 faizi vergilərin və sosial sığaorta haqlarının ödənilməsinə sərf olunacaq.

Yaponiyanın Maliyyə Nazirliyinin açıqlamasında bildirilib ki, dövlət büdcəsinə ödəniləcək vəsaitlərin məbləği keçən ilin səviyyəsində qalacaq. Qeyd edək ki, artıq altıncı ildir ki, Yaponiyada qulluqçuların və şirkətlərin vergi yükünün səviyyəsi 40 faizi aşır.