Arthur Budovsky-ni 2006-cı ildən 2013-cü ilə qədər bütün dünyadan olan kriminal strukturların 6 milyarddan çox pulun yuyulmasına imkan verən elektron ödəniş sistemi və Liberty Reserve virtual valyutasını yaratması səbəbi ilə 30 illik həbs cəzası gözləyir.
Liberty Reserve elektron ödəniş sisteminin 40 yaşlı yaradıcısı, Ukrayna əsilli Arthur Budovsky-ni Amerika həbsxanasında 30 illik həbs cəzasına layiq görülüb.
Budovsky ilə yanaşı 6 nəfər də həbs edilib ki, onlardan 4-ü öz əməlini etiraf edib.
İstintaq Böyük Britaniya, Çin, Rusiya, Mərakeş və İsveçrə kimi dövlətlər də daxil olmaqla 17 ölkənin hüquq-mühafizə orqanları ilə həyata keçirilib.
Qeyd edək ki, Budovsky 2013-cü ilin may ayında Madrid hava limanında həbs edilib, 10 oktyabr tarixində ABŞ-a ekdtradisiya edilib. 14 oktyabr tarixində isə Arthur Nyu-Yorkda ilk dəfə olaraq məhkəmə qarşısına çıxarıldı. O özünü təqsirli hesab etmədiyini bildirib. Təqsirkar şəxsin vəkili isə girov qoyulmasını tələb etməyib.
Amerika qüvvələrinin verdiyi məlumata görə, Liberty Reserve ABŞ hüquq-mühafizə orqanları tərəfindən bağlanılmayana qədər 2006-2013-cü illər ərzində fəaliyyət göstərdiyi dövrdə onun köməkliyi ilə bütün dünya üzrə 55 milyon qanunsuz tranzaksiya həyata keçirilmişdir. Sistemdən milyondan çox insan istifadə edib.
Liberty Reserve elektron poçt ünvanını qeyd etməklə dünyanın istənilən nöqtəsinə pul köçürməyə imkan verirdi. Burada bank kartı, bank yolu, poçt və yaxud digər rahat üsulla pul köçürmək mümkün idi.
Qanunsuz biznes sahibi pul vəsaitlərini yumaq istədikdə vasitəçiyə müraciət edirdi. Bu vasitəçi də öz növbəsində real pul vəsaitlərini böyük həcmdə virtual Liberty Reserve-ə çevirirdi. Qaydalara əsasən, bu vasitəçilər digər ölkələrdə – Malayziya, Nigeriya, Vyetnam və s. yerləşir.