25 C
Baku
Saturday, April 20, 2024

6 milyona yaxın azərbaycanlı həftədə azı bir dəfə kartdan istifadə edir

Azərbaycanlılar getdikcə daha çox nağd puldan imtina edərək, daha rahat və etibarlı ödəniş üsullara üstünlük verirlər. “Visa”nın son araşdırmasına görə, ölkədə 59% və ya təxminən 6 milyon insan bir, 19% isə iki və ya daha çox bank kartına sahibdir.

Eyni zamanda, respublikanın hər ikinci vətəndaşı həftədə bir dəfə və ya daha çox ödəniş etmək üçün kartdan istifadə edir. Əsasən xaricdə alış-veriş, onlayn mağazalarda və onlayn xidmətlərdə malların ödənilməsi, həmçinin telekommunikasiya və kommunal xidmətlər üçün.

Bank kartlarından istifadə edərək nağdsız rəqəmsal ödənişlərin məşhur kateqoriyalarına aşağıdakılar daxildir:

  • vergilərin, rüsumların və cərimələrin ödənilməsi;
  • məişət texnikası mağazaları;
  • supermarketlərdə alış-veriş;
  • geyim mağazaları;
  • yanacaqdoldurma məntəqələrində xidmətlər;
  • hotellərdə yaşama.

“Müasir səmərəli iqtisadiyyat standart olaraq nağdsız, rəqəmsal və yaşıl iqtisadiyyatdır. Elektron ödənişlər isə çoxdan onun tərkib hissəsinə çevrilib. Biz “Visa” olaraq Azərbaycanın müasir maliyyə sisteminin nə qədər sürətlə inkişaf etdiyini görməkdən başqa, bu müsbət dəyişikliklərin fəal iştirakçısı olmaqdan da şadıq”.

Araşdırmanın nəticələrinə görə, respublika vətəndaşlarının təxminən 17%-i yaxın altı ayda kart açmağa hazırdır. Eyni zamanda, azərbaycanlılar bankın etibarlılığına, fırıldaqçılıqdan qorunma səviyyəsinə, filial və terminalların mövcudluğuna və yerləşməsinə, kartdan istifadə zamanı komissiyaların olmamasına, pulun çıxarılması və köçürmələrin aparılmasının asanlığına xüsusi diqqət yetirirlər. Bundan əlavə, istehlakçılar maliyyə qurumu və bank məhsullarını seçərkən hesabların doldurulması və ya P2P köçürmələrinin həyata keçirilməsi üçün komissiyalar, eləcə də kart xidmət haqqı kimi mühüm parametrləri də nəzərə alırlar.

Sorğunun məlumatları onu göstərib ki, Azərbaycanda bir sıra sahələrdə hələ də nağd ödənişlər üstünlük təşkil edir – ilk növbədə nağd puldan uşaqlar üçün mağazalarda alış-veriş, poçt xidmətləri, tibbi xidmətlər, eləcə də apteklərdən alış-veriş üçün istifadə olunur. Bu, həm də ölkədə nağdsız ödənişlərin daha da inkişaf etdirilməsi və bank məhsullarının nüfuzunun artması potensialından xəbər verir.

 

 

 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər