Altı körfəz ölkəsinin daxili işlər nazirləri Avropa İttifaqının (Aİ) Şengeninə bənzər vahid turist vizasını rəsmən təsdiqləyib.
Bu barədə “Arabian Business” məlumat yayıb.
Məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı , Qətər , Küveyt , Oman və Bəhreyn belə bir sənədi təsdiq edib.
Vizanın 2024-cü ildə fəaliyyətə başlayacağı gözlənilir.
Qeyd edək ki, “Ərəb Şengeninin” təsdiqi Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin 40-cı iclasında elan edilib.