2020-ci ilin oktyabr ayı ilə müqayisədə 2021-ci ilin oktyabr ayında Azərbaycanın 20 sığorta şirkətindən 6-nin hesabladığı sığorta haqları azalıb, 12-nin isə artıb.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Ən çox sığorta haqqı azalmış sığorta şirkəti “AzSığorta” şirkətidir (32%).
Yığımları ən çox artan “Bakı Sığorta” şirkətidir (3 dəfə).
Onu da qeyd edək ki, “Aqrar Sığorta” və Meqa Həyat Sığorta şirkəti yeni yarandığı üçün müqayisə etmək mümkün deyil.
Sığortaçının adı | Sığorta Haqqları (2021-ci il oktyabr), min manat | Sığorta Haqqları (2020-ci il oktyabr), min manat | İllik fərq |
A-Qroup Sığorta Şirkəti | 11,235 | 8,269 | 36% |
AtaSığorta | 10,206 | 11,769 | -13% |
Atəşgah Həyat Sığorta Şirkəti | 34,194 | 34,268 | 0% |
Atəşgah Sığorta Şirkəti | 19,397 | 20,878 | -7% |
Dövlət Sığorta Kommersiya Şirkəti | 53,452 | 46,083 | 16% |
Azərbaycan Sənaye Sığorta | 10,558 | 7,927 | 33% |
AzSığorta | 9,399 | 13,792 | -32% |
Bakı Sığorta | 4,185 | 1,532 | 3 dəfə |
Günay Sığorta | 8,652 | 7,481 | 16% |
İpək Yolu Sığorta | 14,939 | 16,562 | -10% |
Meqa Sığorta | 22,321 | 27,503 | -19% |
Naxçıvansığorta | 1,967 | 1,386 | 42% |
Paşa Həyat Sığorta | 257,860 | 208,513 | 24% |
Paşa Sığorta | 157,705 | 145,940 | 8% |
Qala Həyat Sığorta Şirkəti | 16,497 | 13,452 | 23% |
Qala Sığorta | 37,880 | 25,812 | 47% |
Xalq Həyat Sığorta Şirkəti | 5,115 | 3,006 | 70% |
Xalq Sığorta | 25,096 | 25,895 | -3% |
Aqrar Sığorta | 4,661 | – | – |
Meqa Həyat Sığorta | 382 |
– |
– |