2020-ci il ilə müqayisədə 2021-ci ilin mart ayında Azərbaycanın 20 sığorta şirkətindən 6-nin hesabladığı sığorta haqları azalıb, 11-nin isə artıb.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Ən çox sığorta haqqı azalmış sığorta şirkəti “İpək Yolu Sığorta” şirkətidir (23%), ən az azalma isə “PAŞA Həyat Sığorta”da (1%) qeydə alınıb.
Yığımları ən çox artan “Xalq Həyat Sığorta” şirkətidir (2.5 dəfə), ən az artan isə “Azsığorta” şirkətidir (3%).
Onu da qeyd edək ki, “Aqrar Sığorta” və Meqa Həyat Sığorta şirkəti yeni yarandığı üçün müqayisə etmək mümkün deyil.








