2020-ci il ilə müqayisədə 2021-ci ilin avqust ayında Azərbaycanın 20 sığorta şirkətindən 6-nin hesabladığı sığorta haqları azalıb, 12-nin isə artıb.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Ən çox sığorta haqqı azalmış sığorta şirkəti “AzSığorta” şirkətidir (39%).
Yığımları ən çox artan “Bakı Sığorta” şirkətidir (3.2 dəfə).
Onu da qeyd edək ki, “Aqrar Sığorta” və Meqa Həyat Sığorta şirkəti yeni yarandığı üçün müqayisə etmək mümkün deyil.