6 C
Baku
Monday, December 16, 2024

6 sığorta şirkətinin yığımlarında geriləmə – Siyahı

2019-cu ilin ilk 7 ayı ilə müqayisədə 2020-ci ilin ilk 7 ayında Azərbaycanın 21 sığorta şirkətindən 6-nin  hesabladığı sığorta haqları azalıb, 15-nin isə artıb.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Ən çox sığorta haqqı azalmış sığorta şirkəti “AXA Mbask” şirkətidir (99%), ən az azalma isə “İpək Yolu Sığorta”da (4%) qeydə alınıb.

Yığımları ən çox artan “Xalq Həyat” şirkətidir (7 dəfə), ən az artan isə “Dövlət Sığorta Kommersiya” şirkətidir (6%).

Onu da qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı mayın 19-da “Standard Insurance” sığorta şirkətinin lisenziyasını ləğv etdi. Beləliklə, sığorta şirkətlərinin sayı 22-dən 21-ə düşüb.

56

Son xəbərlər
Digər xəbərlər