6 şirkətin sığorta haqları tənəzzüldədir – SİYAHI

Əmlak sığortası

2019-cu ilin ilk 4 ayı ilə müqayisədə 2020-ci ilin ilk 4 ayında Azərbaycanın 22 sığorta şirkətindən 6-nin (AtaSığorta, Atəşgah Sığorta, AXA MBask, Azsığorta, Meqa Sığorta, Xalq Sığorta) hesabladığı sığorta haqları azalıb, 15-nin isə artıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 1 şirkət isə (Xalq Həyat) ötən ilin aprel ayında sığorta haqları toplamadığından müqayisə mümkün deyil.

Ən çox sığorta haqqı azalmış sığorta şirkəti “AXA Mbask” şirkətidir (99%), ən az azalma isə “Azsığorta”da (11%) qeydə alınıb.

Yığımları ən çox artan “Amrah Sığorta” şirkətidir (6 dəfə), ən az artan isə “Qala Həyat” şirkətidir (4%).

Onu da qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı mayın 19-da “Standard Insurance” sığorta şirkətinin lisenziyasını ləğv etdi. Beləliklə, sığorta şirkətlərinin sayı 22-dən 21-ə düşüb.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları