15 fevral tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 11 ticarət müəssisəsi və 1 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 6 müəssisədə nöqsanlar müəyyən olunub.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 4, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 4, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 2, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 1, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 3 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri | |||
1 | “Digah” market | Abşeron rayonu, Digah qəsəbəsi | 1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı 2.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 3.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 4.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq |
2 | “Tunar” market | Ağsu şəhəri, M.Ə.Rəsulzadə küç., ev 39 | 1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
3 | “Pirhəsənli” market | Ağsu rayonu, Pirhəsənli kəndi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu 4.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
4 | “Sizin” market | Bərdə rayonu, Mirzalıbəyli kəndi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
5 | “Samux Əyricə” market | Bərdə rayonu, Yeni Əyricə kəndi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
6 | “Zeytun” aptek | Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küç., ev 8 | Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |