14 C
Baku
Saturday, November 16, 2024

6000-dən çox investor ABB-nin yeni səhmlərinə abunə yazılıb

ABB-nin səhmlərinə abunə yazılışının başlanmasının elan edildiyi tarixdən – 11 iyun 2024-cü ildən indiyə qədər artıq 6000-dən çox investor Bankın yeni səhmlərinə abunə yazılıb. 

Bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bu gün mediada yayılan müsahibəsində bildirib. Onun sözlərinə görə hazırda ABB-nin 1800-ə yaxın özəl səhmdarı var. “Təsəvvür edin ki, qısa müddət ərzində artıq üç dəfə bundan artıq sayda, 6000-dən çox yeni investor öz sifarişlərini yerləşdirib. Bu, Bankımızın səhmlərinə olan böyük marağı göstərir”. 

Abbas İbrahimov onu da vurğulayıb ki, hədəf Banka on minlərlə yeni investor cəlb etməkdir. 

Son xəbərlər
Digər xəbərlər