12 C
Baku
Wednesday, December 11, 2024

İbrahim Alışov: “6000 kart sahibi “Azərpoçt”dan öz kartlarını götürmürlər”

Problemli kreditlərin həlli ilə bağlı Prezidentin Fərmanının yekun fazasındayıq. Kompensasiya ödənişlərinin 90%-dən çoxu icra olunub. 

Report Agentliyi xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov açıqlaması zamanı bildirib.

““Azərpoçt”un kommunikasiyasını gördük. 19 min fiziki şəxs 500 manatdan aşağı kompensasiya məbləğinə sahib olan insanlardır. 6000 kart sahibi “Azərpoçt”dan öz kartlarını götürməlidirlər. Bununla əlaqədar “Azərpoçt” da müraciət edib. Həmin vətəndaşlar ya ölkədə yoxdurlar, ya da bu və ya digər səbəbdən vəsaiti götürməyə tələsmirlər. Çünki xeyli sayda vətəndaşlarımız var ki, onların kompensasiya məbləğləri 50-20 manatdan aşağıdır”, – deyə İ.Alışov bildirib.

Xatırladaq ki, dövlət başçısının bu il fevralın 28-də imzaladığı “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarına qədər olan əsas kredit borclarının devalvasiya hesabına artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. 900 minə yaxın vətəndaşın fayda görəcək.

Son xəbərlər
Digər xəbərlər