Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ilin yanvar-mart aylarında 153,5 milyon manatlıq məhsul istehsal edilib.
Banker.az DSK-ya istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
avtomobil, qoşqu və yarımqoşquların istehsalı 0,4 faiz, maşın və avadanlıqların istehsalı 19,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 45,1 faiz azalıb.
2024-сü ilin yanvar-mart aylarında 607 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 318 ədəd az minik avtomobili istehsal olunub. 01.04.2024-cü il vəziyyətinə
hazır məhsul ehtiyatı 226 ədəddir.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 27,2 faiz azalıb. 01.04.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 10 ədəddir.